Ölkə futbolu

“Rəqibimiz yaxşı komandadır”

“Kəpəz”in növbəti turdakı rəqibi “Admira” klubunun baş məşqçisi komandamızı dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, Avstriya təmsilçisinin çalışdırıcısı Oliver Lederer bunları deyib:

“Kəpəz” bizim üçün tamamilə naməlum komandadı. Bu rəqib haqda heç nə bilmirik. “Daçiya” üzərindəki səfər qələbəsi göstərir ki, rəqibimiz yaxşı komandadır. Amma biz onlarla qarşılaşmada öz oyunumuzu nümayiş etdirmək istəyirik. Rəqibin kimliyinin fərqi yoxdu. Öz oyunumuzu göstərib, istədiyimiz nəticəni qazana bilərik. “Spartak”la matç “Kəpəz”lə duelin müsbət nəticəsinə ümid etməyə əsas verir. Şübhəsiz ki, bu səddi adlamaq gücündəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43