Ölkə futbolu

Rəqibin hücumçusu sıradan çıxdı, “İnter” üçün əlavə stimul

Avropa Liqasında I təsnifat mərhələsində bu gün Bakı "İnter"i ilə qarşılaşacaq "Mladost" oyuna itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Serbiya klubunun hücumçusu Nikola Zvrko zədə səbəbindən bügünkü görüşü buraxacaq.

Bu barədə məlumatı komandanın baş məşqçisi Nenad Milavanoviç oyun üçün təşkil olunan mətbuat konfrasnında verib. Futbolçunun hazırda bərpa prosesi keçdiyini deyən baş məşqçi onun cavab matçına qədər hazır olacağını bildirib.

Qeyd edək ki, "Mladost" – "İnter" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43