Dünya futbolu

Rəqiblərimizin oyunlarının vaxtı dəqiqləşdi

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə birgə F qrupunda yer alan digər komandaların oyunlarının başlama saatı müəyyənləşib.

 Qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğuna görə, FİFA-nın qərarı ilə oktyabrın 15-də keçiriləcək Portuqaliya – Lüksemburq matçı yerli vaxtla saat 18.00-da (Bakı vaxtı ilə saat 22.00-da), İsrail – Şimali İrlandiya qarşılaşması isə yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 22.00-da) başlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43