Müsahibə

Rəşad Sadıqov : “15 il “Legiya” kimi komandada oynamaq asan deyil”

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın “Samtredia” klubunu 5:0 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məluamtına görə, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərə müsahibə verib.

– Sevindirici hesab oldu, amma təəsüflənirəm. Çünki zədələndim. Komanda yoldaşlarımı təbrik edirəm. Ağıllı oynadılar. Gücümüzü düzgün qiymətləndirdik. Fiziki cəhətdən tam hazır deyildik. Mövsümün ilk oyunu idi. Ancaq rəqibdə əksinə idi, onlarda mövsüm davam edir. Bizdən “diri” idilər. Hər şeyə baxmayaraq, bu gün yaxşı çıxış etdik. Amma təəsüf edirəm, zədələnməyim yaxşı olmadı. Təlim-məşq toplanışlarında sonra ilk oyunda zədələnmək psixoloji cəhətdən də zərbə vurur. Şimali İrlandiyaya məğlubiyyətdən sonra deyirdim ki, bu oyunlarda əhvalım düzələr. Amma zədələnməklə zərbə aldım. Futboldu, nə etmək olar.

– Ciddidir?

– Sabah bilinəcək. Tibbi müayinədən keçəndən snra məlum olacaq.

– Oyuna əvəzinə daxil olan Yakub Jezniçak necə təsir bağışladı?

– Çox yaxşı oynadı. Onsuz da məşqlərdə özünü yaxşı göstərmişdi. Çox əla transferdi. “Qarabağ”a bu gün də və gələcəkdə də faydası çox dəyəcək. 15 il “Legiya” kimi komandada oynamaq və kapitanı olmaq asan iş deyil.

– Cavab oyununda zəif heyətlə oynamaq olar?

– Elə şey olmaz. Bizim birlikdə oynamağa ehtiyacımız var. 90 dəqiqəni düşünməliyik. Çatışmayan cəhətlərimiz çoxdur. Oyundan-oyuna bunları aradan qaldırmalıyıq. Rəqib zəif deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43