Milli komanda

Rəşad Sadıqov: “Belə açıqlamalar vermək olmaz”

Milli komandamızın kapitanı Rəşad Sadıqov Rusiya ilə oyun öncəsi açıqlama verib.

Təcrübəli futbolçu qarşıdakı oyunla bağlı bunları deyib:

“Bizi vacib oyun gözləyir. Seçmə mərhələni də qələbə ilə başa vurmaq istəyirik.

Bütün diqqətimizi qarşılaşmaya kökləmişik. Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı. Onlar peşəkar futbolçulara yaraşmayan açıqlamalar verir. Məğlub ola bilərik. Amma belə açıqlamalar vermək olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43