Milli komanda

Rəşad Sadıqov: “Boynumuzda yükdü ki, sabah qalib gəlməliyik”

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov sabah Maltayla baş tutacaq oyundna öncə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli müdafiəçi Maltanı ancaq məğlub etmək haqda düşündüklərini bildirib:

“Maltanın Gürcüstanla matçını analiz etdik. Yaxşı mübarizə aparırlar. Müdafiədə yaxşı oynayıb əks-hücumlara çıxırlar. Sabahkı oyunda onlara imkan verməməyə çalışmalıyıq. Hamı milliyə görə birləşməlidi. Bizim sizin dəstəyinizə ehtiyacımız var. Boynumuzda yükdü ki, sabah qalib gəlməliyik. Buna görə hamımız birləşməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43