Müsahibə

Rəşad Sadıqov: “Bu futbolçulara simpatiyam var” (MÜSAHİBƏ)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun idmanxeber.coma müshaibəsi

– Çempionluq rəsmiləşdi. Kubokunuz da əlinizdədi, medalınız da… Mənə maraqlıdır, meydanı niyə erkən tərk etdiniz. Səbə var idimi, yoxsa…?

Səbəb soyuqlamağım idi. Həm də zədəm var idi. 3-4 gün idi ki, məşqlərdə iştirak edə bilmirdim. Son iki məşqdə iştirak edə bilmişəm. Həm də soyuqladığım üçün qorxdum ki, daha da pisləşər. Çünki tərləmişdim, köynəyim su idi. Ondan öncə də üşütmə gəlmişdi mənə.

– Artıq ikiqat çempionsan. Təəssüratların…

Bundna öncə “Neftçi”də də iki dəfə ard-arda çempion olmuşdum. Xoş təəssüratlardı. Bu il də “Qarabağ”da belə oldu. İnşAllah gələn il də çempion olarıq. Əsas odur ki, əlindən gələni edəsən.

– Çempion olmağın bu oyunda arxayınçılığı var idimi?

Qarşıda kubokun finalı var. Kubok oyununa hazırlaşmaq üçün bu matça ciddi yanaşmışdıq. Bu matçda aqressiya ilə oynamağımız da kuboka necə ciddi hazırlaşmağımızdan xəbər verir. 60 dəqiqə yaxşı oynadıq, sonradan isə yorğunçuluq öz sözünü dedi.

– Coşqun Diniyev və Elvin Məmmədov artıq “Qarabağ”ın futbolçularıdı. Niyə məhz bu futbolçular?

Bunu daha yaxşı məşqçi deyə bilər. Ancaq mənim bu iki futbolçuya simpatiyam var. “İnter”də bir neçə futbolçu var ki, yaşxı oyun sərgiləyirlər. İnşAllah bu iki futbolçu gələn mövsüm bizə xeyir verə bilcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43