Ölkə futbolu

Rəşad Sadiqov: “Bu rəhbərliyə zərbə olardı”

“Oyun olduqca çətin, gərgin keçdi. Finala layiq bir oyun idi. Mənə elə gəlir ki, hər iki komanda qələbəyə layiq idi. Allah bizə qismət elədi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib.

Azərbaycan kubokunun finalında “Qəbələ”yə qalib gələrək, mövsümü titulsuz başa vurmayan Sadiqov, daha sonra sözlərinə belə davam edib:

“İstəmirdik ki, mövsümü titulsuz başa vuraq. Bu həm bizə, həm rəhbərliyə, həm də azarkeşlərə zərbə olardı. Matçın penaltilərə də getməsinə baxmayaraq inanırdıq ki, kuboku qazanacağıq. Lakin penaltilər də “lotoreya”dı. Bu dəfə bəxt bizim üzümüzə güldü və kuboku qazandıq. Mənə elə gəlir ki, hər iki komanda qələbəyə layiq idi. Amma Allah bizə qismət elədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43