Milli komanda

Rəşad Sadıqov: “Bunların heç biri nəticəni dəyişmir”

Milli komandamızın kapitanı Rəşad Sadıqov "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana 1:2 hesabı ilə məğlub olduqları oyun haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə, Reşad məyus olduğlarını və səfərdə xal qazanmağa çalışacağlarını bildirdi:

"Çox məyusuq. Nəticə bizim üçün gözlənilməz oldu. Oyunu yaxşı başlamışdıq. Lakin ilk qoldan sonra oyunda nəzarəti itirdik. İkinci hissəyə  də yaxşı başladıq və qol vurduq. Yenidən bizdə özünəinam hissi yarandı, hücumların sayını artırdıq. Lakin rəqib təzyiqləri artırdı və öz səhvimizdən qol buraxdıq. Məğlubiyyət üçün çox səbəb gətirmək olar, ancaq bunların heç biri nəticəni dəyişmir. Təəssüf ki, rəqib istədiyi nəticəni əldə edə bildi. Üçüncü yer uğrunda Bolqarıstan yığması ilə mübarizə aparmaq istəyirik.  Bu məğlubiyyətlə biz onların irəli keçməsinə imkan verdik. Düşünürdük ki, ən azından ev oyunlarında maksimum nəticə qazanaq. Ancaq bu kimi oyunlarda məğlub olmağımız işimiz çətinləşdirir. Qrupdan çıxmaq istəyiriksə, səfər oyunlarında da xal qazanmalıyıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43