Ölkə futbolu

Rəşad Sadiqov: “Çox istərdim ki, Estoniya yığması ilə oyunda millimizə kömək edim”

"Neftçi”nin və millimizin futbolçusu Rəşad Sadiqov bu gün yoldaşlıq oyunu çərçivəsində Estoniya ilə qarşılaşacaqları matçöncəsi açıqlama verib.

Klubun rəsmi saytına danışan yarımmüdafiəçi zədəsi səbəbindən yığmaya kömək edə bilmədiyi üçün təəssüfləndiyini deyib:  “Çox istərdim ki, Estoniya yığması ilə oyunda millimizə kömək edim. Amma zədə səbəbindən vaxtından əvvəl milli komandanın düşərgəsindən ayrılmalı oldum. Müalicəmi davam etdirirəm. Bərpa prosesini keçdikdən sonra “Neftçi”də hazırlığa başlayacağam".

R.Sadiqov qeyd edib ki, Estoniya ilə oyun rəsmi olmasa da, qarşılaşmanın nəticəsi yığma komandaların reytinq cədvəlinə təsir göstərəcək: "Rəqibimiz yetərincə ciddidir və öz meydanında qələbə qazanmağa çalışacaq. Buna baxmayaraq, biz də son oyunlarımızda azarkeşlərimizi sevindirə bilmişik və bunun davamını gətirməliyik. İnanıram ki, yığmamız ağır səfər matçında qələbə qazanaraq azarkeşlərin ümidlərini doğruldacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43