Ölkə futbolu

Rəşad Sadiqov durumu dəqiqləşdi: “Maribor”la matçda…

“Qəbələ”nin kapitanı Rəşad Sadiqovun zədəsinin durumuna aydınlıq gəlib. 

İdmanxeber.com-un məlumatına görə, təcrübəli yarımmüdafiəçi çempionat matçları ilə yanaşı, Avrokubok görüşünü də buraxmalı olacaq.

 

Azərbaycan Premyer Liqasının “Kəpəz”lə ilk tur qarşılaşmasında sağ ayaq arxa əzələsindən zədələnən 33 yaşlı futbolçu əməkdaşımızla söhbətində vəziyyətinin qorxduğu qədər ağır olmadığını söyləyib. Həkimlər tibbi müayinədən sonra onun ayağında kapilyarların qopduğunu, şiş əmələ gəldiyini və qan yığıldığını bildiriblər: “Açığı, zədəmin daha ağır olduğunu düşünürdüm. MRT-nin (Maqnit Rezonans Tomoqrafiyası) cavabı bu baxımdan narahatlığıma son qoydu. Ancaq təəssüf ki, “Maribor”la Bakıdakı matçı buraxmalı olacam. Həkimə nə qədər “oynamaq istəyirəm” desəm də, icazə vermədi. Dedi ki, oynasan, əzələlərin tamam cırılar və daha uzun müddətə sıradan çıxarsan”.

 

Sadiqov Avropa Liqasının pley-off mərhələsində “Maribor”la avqustun 25-də keçiriləcək cavab görüşündə iştirakının isə sual altında olduğunu bildirib.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43