Ölkə futbolu

Rəşad Sadıqov: “Güclü rəqibdir, asan olmayacaq”

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Norveç oyunundan öncə mətbuat konfransı təşkil olunub.

İdmanxeber.com xəbər verir ki, millimizin kapitanı Rəşad Sadıqov uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini bildirib: “Rəqibin oyun üslubu dəyişib. İndi hücumda daha sürətli oynayırlar. Müdafiəçilərin üzərinə daha çox yük düşəcək. Diqqətli olmalıyıq. Nəticənin uğurlu olması üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibdir, asan olmayacaq. Rəqiblərə güclü dediyimiz üçün bizi qınayanlar da ola bilər. Amma milli komandalar səviyyəsində zəif rəqib olmur. Məğlubiyyət haqda düşünmürük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43