Kateqoriyasız

Rəşad Sadıqov: “Komandanın pul mükafatına görə qalib gəldiyini düşünməyin”

“Biz Şimali İrlandiyanın 4 müdafiəçi ilə oynayacağını gözləyirdik. Amma, rəqib 3 müdafiəçi ilə matça başladı. Bu bizim oyunumuza təsir göstərdi. Amma, buna baxmayaraq bütün gücümüzü ortaya qoyub qələbə qazandıq”. 

Bu sözləri idmanxeber.com saytına açıqlamasında milli komandamızın üzvü Rəşad Sadıqov deyib.

Millimizin kapitanı Şimali İrlıandiya üzərindəki qələbəni şərh edərəkən, daha sonra bunları deyib:

“Hamı Berti Foqtsun getməsini istəsə də, futbolçular onun qalmağını istəyir. Biz eyni zamanda Berti Foqtsun qalması üçün mübarizə aparıb, qələbə qazandıq. Komandanın pul mükafatına görə qalib gəldiyini düşünməyin. Mənə bir milyon dollar da versələr, eyni oyunu göstərəcəm. Həmçinin komanda yoldaşlarım da. Mart ayından bəri yaxşı nəticələr əldə etməyimizin səbəbi komandada özünəinamın artması ilə bağlıdır.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43