20 Sentyabr 2024
Kateqoriyasız

Rəşad Sadiqov “Neftçi”nin əvəzedici heyətində oyuna çıxdı – FOTOLAR

Bu gün “Neftçi”nin  əvəzedici heyəti növbəti oyununu keçirib. 

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda 27-ci turda səfərdə “Rəvan”la qarşılaşıb.

Klub rəhbərliyinin və məşqçilər korpusunun qərarı ilə əvəzedici heyətə göndərilmiş Rəşad Sadiqov start heyətində meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Görüş 0:0 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43