İdman

Rəşad Sadıqov PRO kursunda

Bu il aprelin 24-dən etibarən Bakı şəhərində AFFA tərəfindən UEFA-nın növbəti  “Pro” kateqoriyalı məşqçi kursu keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, kurs 6 moduldan ibarət olacaq və 2018-ci ildə başa çatacaq.

Kursda aşağıda adları qeyd olunan məşqçilər iştirak edəcək:

Elşad Əhmədov, Samir Abasov, Rəşad Sadıqov, Elçin Rəhmanov, Mick Bennett, Siyasət Əsgərov, Baba Əsgərov, Zaur Həşimov, Ramin Quliyev, Vüqar Məmməd, Mahmud Qurbanov

Qeyd edək ki, PRO lizensiyası alan şəxslərə təkcə ölkə daxilində deyil, Avropada da klubları çalışdırmaq hüququ verilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43