Milli komanda

Rəşad Sadıqov “Qarabağ”dan ayrıldı

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycana qayıtmayıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun təcrübəli müdafiəçisi İtaliyadan birbaşa Almaniyaya yollanıb.

Milandan Frankfurta üz tutan Sadıqov millinin baş məşqçisi Berti Foqtsun son anda “hə”sini alıb və yığmanın düşərgəsinə yollanıb. Almaniyalı çalışdırıcısı “İnter” – “Qarabağ” matçını izlədikdən sonra Sadıqovu heyətə daxil edib.

Təlim-məşq toplantısını xaricdə davam etdirəcək millimizin kapitanı məhz buna görə vətənə dönməyib. Beləliklə, müdafiəçi “Avro-2016″nın seçmə mərhələsinin oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə matçlarına hazırlaşacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43