Kateqoriyasız

Rəşad Sadiqov: “Ronaldo və Messi arasında gedən prinsip…” – MÜSAHİBƏ

“Neftçi”nin kapitanı “Rəşad Sadiqovun müsahibəsi.

-Topaz Premyer Liqasının son turunda “İnter”lə qarşılaşdınız və 3-1 hesabı ilə qələbə qazandınız. Bu hesab “Neftçi”nin oyunda çox güclü tərəf olması ilə əlaqədar oldu , ya “İnter”in bu mövsüm çox zəif çıxış etməsi  ilə?

-“Bakı”ya 3-0-lıq məğlubiyyətdən sonra komanda doğurdan pis vəziyyətə düşdü. Nə mənada pis vəziyyət? Yəni psixoloji olaraq 3-0 bizə çox pis təsir etdi. Çempionatda belə bir zərbə alacağımızı gözləmirdik. Ona görə də özümüzü “İnter”ə qarşı oyuna köklədik. Ancaq “İnter”yaxşı komandadır. Bu il belə çıxış etmələri bilmirəm nə ilə əlaqədardır. Ola bilər ki, özlərinin buna uyğun səbəbləri var. Yəqin, nəsə klubdaxili problem olub. Qələbəyə qaldıqda isə biz də yaxşı oynadıq, “İnter”də zəif oynadı. “Bakı”haqqında da danışmağa dəyər. Çox hazır,oturmuş bir komandaya çevrilib. Bu mövsüm mən deyərdim ki, güclərinə əlavə güc qatıblar. Buna görə də  fikirləşirəm ki, belə davam etsələr, ilk 3 yer uğrunda mübarizə apara biləcək ən uyğun komandalardan biridir. Hər il belə baxanda, güclü oyun nümayiş etdirilər lakin sonluğu gətirə bilmirlər. Buna da bir qədər stabil olmamaqları mane olur. Ancaq bu mövsüm onlardan nəticə gözləməyə dəyər.

-Son zamanlarda mətbuatda belə bir məlumat yer alıb ki, “Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev yenidən komandanı çalışdırır. Məşqlərə gəlir, komandaya taktiki təlimatlar verir. Ümumiyyətlə, bu deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?

– Yox, bu qəti sürətdə həqiqətə uyğun xəbər deyil. Heç bir məşqimizdə iştirak etmir və belə olduğu halda da heç bir taktiki göstərişlərdən söhbət  gedə bilməz. Sadəcə olaraq, “Neftçi”nın bazasında arada görünür və görüşürük biz də. Bu da təbii haldır çünki Böyükağa müəllim hazırda “Neftçi” komandasında çalışır. Ancaq məşqlərdə filan iştirak etmir. Bir daha vurğulayıram ki, bu deyilənlər hamısı yalandır.

-Əgər, doğurdan da belə bir şey olsaydı, keçmiş baş məşqçinin qeyri-rəsmi şəkildə komandanı gizli olaraq yenidən çalışdırması nə dərəcədə məqsədəuyğun olardı?

-Fakt odur ki, belə bir şey yoxdur. Olsaydı artıq başqa bir söhbətin mövzusudur.Olmayannın da üstünə getməyin mənası yoxdur. Çünki belə bir nüans görsənmir. Mən komandanın içindəyəm və komandanın kapitanıyam ancaq bu deyilənlərə rast gəlməmişəm.Ona görə fikirləşirəm ki, bu haqda danışmağa da dəyməz. Adi haldır. Kimsə özündən nəsə deyirsə, bunun dərinliyinə getməyə dəyməz.

-Keçən il “Neftçi” tarixində ilk dəfə olaraq Avro Liqanın qrup mərhələsində çıxış edərkən sən də futbolçu kimi özünü yaxşı tərəfdən göstərə bildin və İtaliya “İnter”i ilə səfər matçında (2-2) baxımlı qola imza atdın. Avro Liqa performansından sonra hər hansı bir Avropa klubundan təklif aldın?

– Yox, açığı heç bir Avropa klubundan rəsmi təklif gəlmədi. Mənə belə bir müraciət filan olmadı. Hazırda da görüdüyünüz kimi müqavilə əsasında “Neftçi”də oynayıram və bundan da çox məmnunam.

-Tərlan Əhmədovun bir məşqçi kimi fəaliyyətini necə dəyərləndirirsən? Komandanın kapitanı olaraq necə fikirləşirsən, daha təcrübəli, geniş taktiki biliyə malik bir baş məşqçini “Neftçi”yə gətirməyə ehtiyac varmı?

-Gənc məşqçidir, çalışır. “Neftçi”də də hər zaman rəhbərlik tərəfindən gənc məşqçilərə böyük ehtimad göstərilib. İndi də göstərilir. Tərlan da özünü pis tərəfdən göstərmir, bacardığını edir. Belə baxanda da hazırda turnir cədvəlində II sıradayıq “Qarabağ”la I və II yerləri bölüşürük . Bunu nəzərə alanda, o zaman Tərlanla işlərin pis getmədiyini demək olar. Bundan əlavə də yerdə qalan digər məsələlər artıq futbolçuların qarışmayacağı bir sahəyə girir. Yəni, məşqçi gətirmək, məşqçi göndərmək biz futbolçuların işi deyil. Bununla klub rəhbərliyi məşğul olur. İndi məsləhət görəcəklərsə, Tərlan sona qədər komandada qalıb çalışacaq. Yox, narazı qalacaqlarsa, yəqin ki, göndərəcəklər.

– Yerli futbolçularımız, xüsusi ilə də hücümçularımız bunu çox zaman vurğulayırlar ki, bizdə kifayət qədər güclü, hücumçuları topla təmin edən yerli yarımmüdafiəçi qıtlığı var. Yarımmüdafıəçi kimi bu fikri nə qədər düzgün sayırsan?

– Bunu hansı fubolçunun dediyini deyə bilmərəm. Yəqin ki, belə bir faktı iddia edən futbolçunun öz klubunda bu problem var. Çünki bizdə keçən il Kanales bombardir oldu. Ona da ötürmələri qapıçı və ya müdafiəçi vermirdi ki, biz yarımmüdafiəçilər topla təmin edirdik. Bizim klubda belə bir problemin olduğunu düşünmürəm. Millidə də belə bir problemin olmadığını düşünürəm . Çünki hər klubdan ən yaxşı çıxış edən futbolçular dəvət alır. Öz ampulasını layiqincə yerinə yetirən futbolçulara şans verilir. Buna görə də düşünürəm ki, dünya çempionatının seçmə mərhələsində az qol vurmamışıq.

– Növbəti VII turda “Sumqayıt”la qarşılaşacaqsıız. Rəqibin potensialı barədə nə deyə bilərsən?

– Doğurdan, da bu il asan rəqib yoxdur. Kimsə kimisə asan məğlub edəcək gücdə deyil. Bütün kmandalar artıq var güclərini qoyurlar və rəqibə oynamq imkanı vermirlər. “Sumqayıt”da məhz elə bir komandalardandır.Gənclərdən ibarət, dinamik bir komanda yaradıblar. Fiziki durumları yaxşı səviyyədədir. Hamısı axıra qədər qaçır və mübarizə aprır. Bütün futbolçualrı çalışırlar ki, özlərini yaxşı tərəfdən göstərsinlər ki, adlı-sanlı klublar onları transfer etsinlər. Biz də çalışacağıq ki, bu turda qələbə qazanaq və digər oyunlara yüksək motivasiya ilə çıxaq. Bu il də mən “Neftçi”nin çempion olacağına inanıram. Çünki heyətimiz bir o qədər də dəyişməyib. Nikolas Kanalesin və Vobayın getməyi komandada elə də bir problem yaratmadı. Yeni gələnlər də tez adoptasiya oldular. Heç kim çempionluqdan doymayıb və buna görə də yenə çempion olmaq lazımdır.

– Heç şübhəsiz ki, dünya futbolu ilə maraqlanırsan və baş verən yenilikləri izləyirsən. Bu yaxınlarda “Real” Madridin futbolçusu Kriştiyano Ronaldo klubu ilə müqaviləsini uzatdı. Artıq ilinə fantastik bir məbləğ, 21 milyon avro qazanacaq. Həmin xəbəri eşidəndə və ya oxuyanda bir futbolçu kimi başqa bir şəraitdə, başqa bir mühitdə öz kariyeranı davam etdirmədiyinə görə heyifsləndinmi?

– Yox, heyifslənmədim. Çünki məm müsəlmanam və verilən hər bir şeyə şükür edirəm. Digər tərəfdən bizdə də verilən maaşlar, futbolçuların məvacibləri kifayət qədər yüksəkdir. Və hər ötən il də daha da yaxşılaşır. Ona görə pis olmağa dəyməz. Sadəcə olaraq, Ronaldo ilə Messi arasında gedən prinsip belə bir məbləğin ortaya çıxmasına səbəb olur.

qafqazinfo.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43