İdman

Rəşad Sadiqov “Səbail”i udmağı özünə borc bilib: “Kiməsə borclu olanda özünü narahat hiss edirsən axı…”

Azərbaycan Premyer Liqasının VIII turunun bağlanış matçı çərçivəsində səfərdə “Səbail”ə qalib gələn (0:4) “Neftçi”nin futbolçusu Rəşad Sadiqov oyunla bağlı fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, jurnalistlərə açıqlama verən yarımmüdafuəçi, maraqlı fikirlər səsləndirib: “Kiməsə borclu olanda özünü narahat hiss edirsən axı, bizim də “Səbail”ə borcumuz var idi… Onu da artıqlaması ilə qaytardıq. Qarşılaşmadan əvvəl komanda yoldaşlarıma demişdim ki, bizim onlara borcumuz var”,

Qeyd edək ki, “Neftçi” ilk dövrədə “Səbail”ə uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43