Kateqoriyasız

Rəşad Sadıqov yenə diqqət mərkəzinə düşdü

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov bu dəfə jesti ilə diqqət mərkəzinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun kapitanı şəxsi avtomobili ilə arenanı tərk edən zaman stadionun qapısı ağzında dayanmış bir neçə fanatın ona əl eləməsi ilə maşınını saxlayıb. 

Təcrübəli futbolçu azyaşlı azarkeşlərlə görüşərək onlarla qısaca da olsa söhbət edib. Sadıqov bir neçə azyaşlı azarkeşləri öz avtomobilinə əyləşdirərək onları gedəcəkləri mənzil başına aparıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43