Milli komanda

Rəşad Sadıqovlu millimiz heç-heçə etdi (YENİLƏNİB)

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Rəşad Sadıqovun başçılıq etdiyi millimiz macarıstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Qeyd edək ki, əvvəlki görüşündə U-21 yığmamız səfərdə Qazaxıstanla bərabərə qalıb – 1:1.

8 iyun

Yoxlama oyunu

19:00. Azərbaycan – Macarıstan 3:3

Qollar: Makray, 28 (0:1), Haris, 38 (0:2), Ehtiram Şahverdiyev, 49-pen (1:2), Tayti, 50 (1:3), Renat Dadaşov, 67, Anton Krivotçuk. 71 (3:3)

Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov

Bakı. “Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43