İdman

Rəşad Sadıqovun başçılıq etdiyi millimiz qələbə qazandı

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Rəşad Sadıqovun başçılıq etdiyi komanda “Alanyaspor”un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb. 

Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimizin Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub. 

Yoxlama oyunu

Azərbaycan U-21 – “Alanyaspor” U-21 – 3:1 
Qollar: Nicat Süleymanov, 43. Elnur Cəfərov, 44, Ülvi İsgəndərov, 70


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43