Ölkə futbolu

Rəşad Sadiqovun yeni klubu rəsmən bəlli oldu

Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu Rəşad Sadiqov “qartallar”ın sıralarına qoşulub. Sadiqovla bir illik müqaviləyə imza atılıb.

Karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının formasını geyən Rəşad milli komandamızda da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43