Dünyadan

Rəsmən açıqlandı: Melo qalır, yoxsa gedir?

Felipe Melo “Qalatasaray”la yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

Məlumatda bildirilir ki, adı bir çox klublarla yanaşı çəkilən “pitbull” ləqəbli yarımmüdafiəçi ilə daha 4 illik müqavilə imzalanıb. Beləliklə ildə 2.6 milyon avro qazanacaq Melo “Cim-Bom”un 2016-cı ilə kimi formasını geyinəcək. 

Melo bundan başqa da hər oyun üçün 20 min avro qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43