Ölkə futbolu

Respublika stadionundan “Xəzər Lənkəran”a qadağa?

Bu gün "Xəzər Lənkəran" Bakıda ilk məşqinə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a bildirib ki, havanın yağışlı olması onların Tofiq Bəhrəmovdakı məşqini təxirə sala bilər. Daha doğrusu hava şəraiti bu cür yağmurlu davam edərsə sözügedən arenada məşq olmayacaq. Buna səbəb stadionun ot örtüyünün oyun gününə kimi qorunmasıdı. Hətta Respublika stadionunun direktoru Cənub klubuna bu haqda xəbərdarlıq edib. Yaxın saatlarda məşqin harada keçiriləcəyi məlum olacaq.

H.Cəbrayıloğlu daha sonra saqqız kimi uzanan Elias transferinə də toxunub:

"Bu məsələ sabah təsdiqini tapacaq. Yanvarın 31-də hər şey məlum olacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43