Ölkə futbolu

“Rəvan” artıq vətənə qayıdıb

Mövsümün ikinci yarısına böyük ümidlərlə hazırlaşan “Rəvan” Antalya toplanışını başa vurub.

Komanda bu gün Bakıya dönüb. 3-cü dövrənin ilk turu çərçivəsində “Bakı” ilə fevralın 2-də qarşılaşacaq “aslanlar” sabahdan hazırlığın son mərhələsinə başlayacaq. Məşqlər “Bayıl Arena”da keçiriləcək.

Qeyd edək ki, “Rəvan” qış hazırlığı çərçivəsində 4 yoxlama oyunu keçirdi. İlk oyunda “Sumqayıt” ilə heç-heçə (0:0) edən komanda bundan sonra baş tutan bütün matçları qalib başa vurdu: “Araz Naxçıvan” (1:0), “Uniao”, Braziliya (2:1), “Universitatya Krayova”, Rumıniya (1:0). Xorvatiya elitasının təmsilçisi “Split”ə qarşı oyun isə əlverişsiz hava şəraitini görə baş tutmadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43