Ölkə futbolu

“Rəvan” başlayır

I divizionda mübarizə aparan “Rəvan” Futbol Klubu II dövrənin hazırlığına başlayır. Dünən paytaxtda bir araya gələn komanda tibbi baxışdan keçib. Sabah isə məşqlərə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, təlim-məşq toplanışının yanvarın 14-dək davam edəcək ilk mərhələsi seleksiya xarakterli olacaq. Daha sonra hazırlıq prosesinin əsas mərhələsinə başlanılacaq.

Qeyd edək ki, I divizionda II dövrəyə fevralın 20-də start veriləcək. XVI turun ilk oyun günündə “Rəvan” “Şuşa”nı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43