Ölkə futbolu

“Rəvan” bosniyalı futbolçu transfer edir

Premyer Liqanın autsayder komandalarından biri olan “Rəvan” baxışa çağırdığı futbolçuları göndərməyəcək.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, baş məşqçi Günəvç Kurtarın sınadığı oyunçular – Tyaqo Mirasema, Julio Sezar və Mitya Moreçi kollektivlə birlikdə Bakıya gəlib.

Bundan başqa  “Bakı”dan kənarlaşdırılan Mindauqas Kalonas da keçmiş komandası “Rəvan”da yenidən top qovacaq. Digər bir məlumata görə isə,  “Rəvan” böyük ehtimalla bosniyalı futbolçu alacaq. Ancaq onun adı gizli saxlanılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43