Ölkə futbolu

“Rəvan” daha bir futbolçu ilə yollarını ayıracaq

“Rəvan” bir futbolçusu ilə yollarını ayıracaq.

Bu, Vüsal Qarayevdir. “Aslanlar”ın heyətində çox az oynamaq şansı qazanan futbolçu yaxın günlərdə komandadan göndəriləcək. 

Qeyd edək ki, keçən ili qışında Bəhmən Həsənovun vaxtında “Rəvan”a cəlb edilən 27 yaşlı hücumameylli yarımmüdafiəçi gününü daha çox əvəzedici komandada oynamaqla keçirirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43