Ölkə futbolu

“Rəvan” divizionun ən imkanlı komandasından futbolçu aldı – ÖZƏL

Birinci divizionun iddialı komandası “Rəvan” növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, “aslanlar” divizionun ən imkanlı komandası olan “Zirə”dən Tural Abbaszadəni heyətinə qatıb.

Paytaxt klubu qapıçı problemini həll etmək üçün Abbaszadəni heyətinə qatır.

Sözügedən transfer yaxın günlərdə rəsmən bəyan olunacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43