15 Oktyabr 2024
Kateqoriyasız

“Rəvan” iki futbolçusunu qovdu

Topaz Premyer Liqasında mövsümə uğursuz start verən “Rəvan” Futbol Klubu həftəsonu çempionatın 3-cü turu çərçivəsində “Bakı”ya böyükhesabla yenildikdən dərhal sonra yeni baş məşqçi Vladislav Qədirov klub rəhbərliyi ilə görüş keçirib. 

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, rəhbərlik 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatını dinləyib və uğursuzluq zolağından çıxmağın yolları müzakirə olunub.

Qədirovu tam dəstəkləyən rəhbərlik ona heyətə “əl gəzdirmək” izni də verib. Bu gün isə təcrübəli məşqçi artıq islahatlara başlayıb. Təxminən 1 həftədir komandanın “sükan”ını idarə edən Qədirov məşqlərdə və konkret “Bakı” ilə matçda gördüklərinə əsasən komandanın oyun üslubuna uyğun gəlmədiyinə, sürətli futbolla ayaqlaşa bilmədiyinə görə iki futbolçunu əsas komandadan uzaqlaşdırıb. Belə ki, Nodar Məmmədov və Bəxtiyar Soltanov komandadan göndərilib. Daha doğrusu, hər iki futbolçu ilə danışıq olub və qarşılıqlı razılıq əsasında yolların ayrılması lazım bilinib.
 
“Rəvan” adıçəkilən futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43