Ölkə futbolu

“Rəvan” Lənkərana nə vaxt yollanacaq?

Bazar günü “Xəzər Lənkəran” ilə  Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşacaq “Rəvan” artıq oyun üçün Bakı hazırlığını başa vurub.

“Aslanlar” bu gün “Bayıl Arena”da məşqə çıxıb.

Təxminən saatyarım davam edən hazırlıqda yalnız zədəli Tofiq Mikayılov iştirak etməyib. Ümumi qrupa qoşulan Elvin Həsənəliyevin durumu da qənaətbəxşdi. “7” nömrə həftəsonu meydana çıxa biləcək. Əvəzində Ceyhun Cavadovla Novruz Məmmədov 4 sarı vərəqəyə görə cəzalı duruma düşüb və onlar Lənkərana aparılmayacaq. Digər tərəfdən, İvan Pexa və Rəşad Abdullayev cəzasını başa vurub və baş məşqçinin sərəncamında olacaq.

Sabah səhər Lənkərana yola düşəcək “Rəvan” oyunöncəsi son məşqini də Lənkəran şəhər stadionunda həyata keçirəcək. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43