Ölkə futbolu

“Rəvan” “Neftçi” önünə daha bir ciddi itki ilə çıxacaq

“Rəvan” ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə keçirəcəyi cavab matçına ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun heyətində Dmitri Kruqlov şoku yaşanır. Estoniyalı “solaxay” dünənki “Qəbələ” ilə matçda zədələnib. Çiyni çıxan Kruqlovun iki gün sonra baş tutacaq “Neftçi” ilə matçı burxacağı bildirilir.

Qeyd edək ki, Orxan Lalayev və Cəmşid Məhərrəmov cəzalı olduqlarından bu oyunu buraxacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43