Ölkə futbolu

“Rəvan” “Neftçi”nin sabiq futbolçusunu heyətinə qatır – ÖZƏL

“Rəvan” daha bir futbolçunu heyətinə qatır.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, “aslanlar” fəaliyyətini dayandıran “Araz Naxçıvan”ın futbolçusu Eşqin Quliyevi heyətinə qatmağı planlaşdırır. Artıq Quliyev bir müddətdir ki, “Rəvan”ın məşqlərində iştirak edir.

Əgər hücumçu məşqlərdə özünü doğrulda bilsə o zaman “Rəvan” onunla müqavilə bağlayacaq. “Neftçi”də də çıxış etmiş futbolçu ən yaxşı halda ikinci dövrə “Rəvan” forması ilə çıxış edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43