Kateqoriyasız

“Rəvan” “Sumqayıt”la oyuna hazırdır

Topaz Premyer Liqasının 29-cu turunda “Sumqayıt”la üz-üzə gələcək “Rəvan” artıq bu görüş üçün hazırlığı başa vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, dünən “Bayıl Arena”da keçirilən axşam məşqi bu baxımdan sonuncu olub.

Ənənəvi olaraq futbolçulara oyun öncəsi yüngül məşq verən baş məşqçi Güvənc Kurtar heyətdə zədəli və cəzalı oyunçunun olmamasına sevinir. Elə buna görə də məşqdə əvəzedici komandada oyuna çıxmış futbolçulardan başqa, hamı iştirak edib.

Qeyd edək ki, “Rəvan” – “Sumqayıt” oyunu bu gün saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43