Ölkə futbolu

“Rəvan” – “Xəzər Lənkəran” oyununda hakim biabırçılığı

Əvəzedici çempionatlar arasında hal-hazırda oynanan "Rəvan" – "Xəzər Lənkəran" oyununda növbəti hakim biabırçılığı baş verib.

Belə ki, qarşılaşmanın baş hakimi "Rəvan"ın qapısına penalti təyin edib və komandanın qapıçısını sarı kartla cəzalandırıb. Amma ev sahiblərinin məşqçilər korpusunun kəskin etirazından sonra hakim penalti qərarını və verdiyi sarı kartı ləğv edib.

Bu barədə xəbəri "Xəzər Lənkıran" rəsmisi Rəşad Əzizovda bizimlə söhbətində təsdiq edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43