Ölkə futbolu

“Rəvan” “Xəzər Lənkəran”la oyuna hazırdır

Topaz Premyer Liqanın 25-ci turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Rəvan” bu görüşün hazırlığını artıq başa vurub.

“Bayıl Arena”da keçirilən məşq bu gün, saat 16:00-da başlayıb. Təxminən bir saat davam edən hazırlıqda baş məşqçi Güvənc Kurtar futbolçularını çox da yükləməyib. Məşqdə zədəli Aqil Nəbiyev və cəzalı olduğundan əvəzedicilərdə oynamış Cəmşid Məhərrəmovla Lukaş Sapela iştirak etməyib.

Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular taktiki-texniki hazırlıq üzrə məşqçilərdən son tapşırıqlarını alıb.

Qeyd edək ki, sabah keçiriləcək “Rəvan” – “Xəzər Lənkəran” oyunu saat 15:00-da start götürəcək. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43