Premyer Liqa

“Rəvan” “Xəzər Lənkəran”la oyunda aparıcı üzvündən yararlana biləcəkmi? – AÇIQLAMA

Premyer Liqanın IX turu çərçivəsində öz meydanında "Xəzər Lənkəran"la qarşılaşacaq "Rəvan" bu çətin oyunda Aqil Nəbiyevin xidmətindən istifadə edə biləcək.

Klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov idmanxeber.com-a açıqlamasında AZAL-la oyunda zədələnərək meydandan çıxan təcrübəli futbolçunun böyük ehtimalla "Xəzər Lənkəran"la oyunda meydana çıxa biləcəyini düşünür:

"AZAL-la oyunda Aqil qasıq nahiyəsində problemi olduğu üçün əvəzləndi. Həkim müayinəsindən sonra Aqilin "Xəzər Lənkəran"a qarşı oynayıb-oynamayacağı bəlli olacaq. Ancaq düşünürəm ki, yəqin ki, meydana çıxa biləcək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43