Ölkə futbolu

“Rəvan” yeni baş məşqçisini təqdim etdi

“Rəvan”a yenicə baş məşqçi təyin olunan Vladislav Qədirov dünən komandaya təqdim olunub və futbolçularla ilk görüşünü keçirib.
 
Klubun saytına istinadən yaydığı xəbərə görə, “Rəvan”ın ev oyunlarını keçirdiyi “Bayıl stadionu”nda baş tutan görüşdə vitse-prezident Bəhruz Şirəliyev, yeni çalışdırıcı və komandanın bütün məşqçi, inzibati və futbolçu heyəti iştirak etdi.

Mətbuat xidməinin rəhbəri Elvin Yaqubovun açılış nitqindən sonra vitse-prezident komanda üzvlərinə yeni çalışdırıcını təqdim edib. Şirəliyev komandada dəyişikliyin zəruri olduğunu və yeni çalışdırıcı ilə məqsədə çatacaqlarına inandığını bildirib. Ardından Vladislav Qədirova söz verilib. 42 yaşlı mütəxəssis komandanın uğurlu nəticələr qazanacağına inandığını bildirib və yüksək yerlər uğrunda mübarizə aparacaqlarına söz verdi.

Tədbirdən sonra Qədirov komandanı məşqə çıxarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanov: “Heyətdə dəyişikliklər ola bilər”

admin

“Neftçi” – “Qarabağ” – PROMO

admin

U-21 millimizdə ciddi itki

admin