Kateqoriyasız

“Rəvan” Zaqatalaya yollandı

Seleksiya xarakterli toplanışı başa vuran “Rəvan” PFK Premyer Liqanın hazırlığını əyalətdə davam etdirəcək. Belə ki, paytaxt təmsilçisi bu gün Zaqatalaya yollanıb.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala Olimpiya Kompleksində məskunlaşacaq “aslanlar” bir həftə sözügedən bölgədə məşq edəcəklər. Təlim-məşq toplanışının gedişində 2 yoxlama matçı da nəzərdə tutulub. Artıq matçlardan birinin keçirilmə vaxtı, yeri və rəqibin kimliyi bəllidir. Avqustun 2-də Tiflisə səfər edəcək “Rəvan” Gürcüstanın yüksək dəstəsində çıxış edən “Saburtalo” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43