Ölkə futbolu

“Rəvan”da böyük itki: mövsüm bu futbolçu üçün bitdi

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab görüşü çərçivəsində “Neftçi”ni qəbul edəcək “Rəvan” hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, “aslanlar”ın dünən baş tutan məşqində zədəli Dmitri Kruqlovdan başqa bütün futbolçular iştirak edibilər. Əcnəbi cinah müdafiəçisi bugünkü məşqə də qatılmayacaq.

Topaz Premyer Liqasının XXXI turunda “Qəbələ” ilə ev oyununda zədələnən Kruqlov üçün mövsümün erkən başa çatdığını söyləmək olar. Çiyin vətərəsi qopan estoniyalı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, baş məşqçi Güvənç Kurtar aprelin 24-də “Bayıl Arena”da keçiriləcək “Rəvan” – “Neftçi” matçında daha 2 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Müdafiəçilər – Orxan Lalayev və Cəmşid Məhərrəmov cəza üzündən oyunu kənardan izləməli olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43