Ölkə futbolu

“Rəvan”da işlər qaydasında gedir: Varea sıraya döndü

"Rəvan” Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ”ı qəbul edəcək. Komanda bu oyuna hazırlığı davam etdirir.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşqlər "Bayıl stadionu”nda baş tutur. Hazırlıqda komandanın bütün heyət üzvləri iştirak edir. Son yoxlama oyununda yüngül zədəsi olduğuna görə iştirak etməyən futbolçular – Aqil Nəbiyev, Əziz Quliyev, Rəşad Abdullayev və Elvin Həsənəliyev də kollektivlə birgə çalışır. Elə zədəsini sağaldan Xuan Manuel Varea da komanda ilə ümumi məşqlərə qatılır.

Qeyd edək ki, "Rəvan” – "Qarabağ” oyunu sentyabrın 13-də "Bayıl stadionu”nda keçiriləcək. Saat 19:00-da başlayacaq görüş "İdman Azərbaycan” kanalı ilə də canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43