03 Dekabr 2020
Ölkə futbolu

“Rəvan”da yeni simalar

Artıq “Rəvan”dakı fəaliyyətinə rəsmən başlayan yeni baş məşqçi Vladislav Qədirovun məşqçilər korpusunda yer alacaq yeni simaların adları müəyyənləşib.

42 yaşlı mütəxəssisə Azərbaycan futbolunun məşhur simaları – Fərrux İsmayılovla Xəqani Məmmədov yardım edəcək.

Fərrux İsmayılov karyerası ərzində “Dinamo”, “Neftçi”, “Sanat Neft” (İran), “Volın” (Ukrayna), “Qarabağ”, “Karvan”, “MKT Araz”, “Olimpik” və “Qəbələ” klublarında oynayıb. O, futbolçu kimi son olaraq məhz Qədirovun rəhbərliyi altında “Muğan”da çıxış edib. Azərbaycan milli komandasında 34 oyuna 4 qol vuran futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi də fəaliyyət göstərib. O, “Bakı” klubunun aşağı yaş qruplarında işləyib. 

Karyerası boyunca “Neftçi”, OİK, “ANS Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər-Lənkəran”, “Olimpik”, “İnter” kimi klublarda top qovan Xəqani Məmmədov da Azərbaycan milli komandasının formasını geyinib və 20 oyuna 1 qol vurub. O, məşqçilik karyerasına 2011-ci ildə Bakı “İnter”ində başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edib. Daha sonra isə "Qəbələ" Futbol Akademiyasında çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA klubların lisenziyalarını verdi

admin

Pantiç Kamran Ağayevlə bağlı ilk dəfə danışdı – VİDEO

admin

“Xəzər Lənkəran”a baxışa gələn futbolçu nəyə qadirdir? – VİDEO

admin