Kateqoriyasız

“Rəvan”dan növbəti qələbə – VİDEO

“Rəvan” FK I divizionda növbəti oyununu keçirib. “Aslanlar” I turun təxirə salınmış oyununda “Bakılı”nın qonağı olublar. Görüş “Şəfa” stadionunun 4-cü meydançasında baş tutub.”Rəvan” rəqibini 2 cavabsız qolla üstələyib. Komandanın heyətində Elgün Abbaslı ilə Vüsal Qarayev fərqlənib. Bu qələbə ilə xalını 8-ə çatdıran paytaxt təmsilçisi 3-cü pilləyə yüksəlib.

Bakılı – Rəvan 0:2

Qollar: Elgün Abbaslı, 75; Vüsal Qarayev, 87


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43