Ölkə futbolu

“Rəvan”dan “Sumqayıt”a

"Sumqayıt" FK daha bir futbolçunu heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə, son mövsümü "Rəvan"da keçirmiş Ramazan Abbasov komandanın uğurları üçün çalışacaq.

30 yaşlı futbolçu "Sumqayıt"la 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Ramazan karyerası ərzində "Dinamo", MOİK, "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "Gəncə" və "Rəvan"ın şərəfini qoruyub. O, həmçinin 7 dəfə Azərbaycan millisinin formasını geyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43