Ölkə futbolu

“Rəvan”ı daha bir futbolçu tərk edir: Bayıldan Şüvəlana

Birinci divizionda mübarizə aparacaq "Rəvan"ı daha bir futbolçu tərk edir.

İdmanxeber.com-a klubdna verilən məlumata görə, "aslanlar"ın üzvü Orxan Lalayev AZAL-dan gəən təklifi dəyərləndirmək niyyətindədi.

Müqavilə ilə "Rəvan"a məxsus olan Lalayev "təyyarəçilər"də icarə əsasında çıxış edə bilər. Hər halda AZAL Lalayevi məhz icarəyə götürmək niyyətindədi. Onun yaxın günlərdə paytaxt klubu ilə müqavilə imzalayacağı gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43