Müsahibə

“Rəvan”ın “10” nömrəsi: “Biz öz alın tərimizlə çempion olub Premyer Liqaya vəsiqə qazanacağıq” – MÜSAHİBƏ

“Rəvan”ın yarımmüdafiəçisi Elgün Abbaslının idmanxeber.com-a müsahibəsi.

– İlk öncə MOİK-lə oyun haqda fikirlərini bilmək istəyərdim. İlk dövrədə olduğu kimi rəqib meydanında da 6:0-lıq qələbə qazandınız. Bu cür nəticəni gözləyirdinmi?

İlk dövrədəki kimi böyük hesablı qələbə gözləmirdik. Hər halda eyni nəticəni təkrarlamaq biraz çətin olur. Bundan əlavə biz rəqib meydanında oynayırdıq. Buna baxmayaraq lazım olan nəticəni inamımızla qazandıq. İnamlı oyun nəticəsində ilk dövrədəki hesabla rəqibə onun meydanında da qalib gəldik. 

– Qol şousunu sən açıq ealn etdin. Maraqlıdır ki, sənin qolun yenə uzaq məsafədən və gözəl alındı. Ötən il də belə bir qol vurmuşdun. Dizionda ən yaşxı qol məhz sənin rəqib qapısına göndərdiyin baxımlı qol idi. Belə zərbələrin üzərində məşqdə işləyrisən, yoxsa bu sırf oyun epizodunda alınır?

Hər bir futbolçunun meydana çıxanda ilk arzusu komandasının qalib gəlməsi, sonra da özünün fərqlənməsi olur. Mən də çalışıram ki, gözəl qol vurum. Təbii ki, məşqlərdə uzaqdan zərbələr üzərində də çalışırıq. Bunu hər bir futbolçu edə bilər. Sadəcə olaraq mənim oynadığım mövqedə qapını görmək biraz rahat olur.

– Vurduğun qolları sakit formada bayram etməyin nə ilə əlaqədardı?

Bu sualla ilk dəfədir ki, rastlaşıram. Bilmirəm necə cavab verim. (gülür) Hər oyunçu bir cür, mən də bu formada qeyd edirəm.

– Divizonda ortabab klublar belə lider komandalara badalaq vura bilmir. Adətən çempionluğu liderlər öz aralarındakı oyunlarda həll edirlər. Bu divizionun səviyyəsinin aşağı olması ilə əlaqədardı, yoxsa…?

Mən deməzdim burada səviyyə çox da aşağıdı. Burda istedadlı, təcrübəli futbolçular çoxdu.  Sadəcə bəzi klubların maddi durumları aşağı olduğundan və bu səbəbdən də istədikləri oyunçuları heyətə cəlb edə bilmədikdən sonra çempionluq yarışı 3-4 komanda arasında gedir. Elə olur ki, elə çempionluq mıəhz bu komandalar arasındakı oyunlarda həll olunur. 

– Lider “Neftçala”dan cəmi 3 xal geri qalırsınız. Nəzərə alsaq ki, bir tur sonra “Neftçala” sizinlə elə sizin meydanınzda qarşılaşacaq, o zaman liderliyi onlardan almaq şansınızın olduğunu düşünmək olar. Səncə komanda mövsümü birinci pillədə qapaya biləcəkmi?

Bizi “Neftçala” ilə ağır oyun gözləyir. Çətin olacağını bilirik. Lakin buna baxmayaraq qalib gəlməklə liderliyi ələ keçirmək niyyətindəyik. Bundan sonra isə qalan oyunlarımızda maksimum nəticələr göstərərək çempionluğu hədəfləyirik. 

– Mətbuatda AFFA-nın “Rəvan”ı nə yolla olursa-olsun çempionata buraxmayacağı ilə bağlı xəbərlər dolaşırdı. Bu tip xəbərlər komandaya necə təsir edirdi?

Təbii ki, yaxşı hal deyil. Az da olsa komandaya təsir edirdi. Lakin biz bütün diqqətimizi çempionluğa salmışıq. İnşAllah çempion olub öz alın tərimizlə Premyer Liqaya vəsiqə qazanacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43