Ölkə futbolu

“Rəvan”ın aparıcı üzvlərinin “Qarabağ” qarşısına çıxıb-çıxmayacağı sual altındadı

Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Rəvan” bu oyuna hazırlığı davam etdirir. İdmanxeber.com-un məlumatına görə, “Bayıl Arena”da bir araya gələn “aslanlar” ötən gün bir məşqlə kifayətləniblər.

Futbolçulardan yalnız hərarət səbəbi ilə məşqə qatılmayan Ayaz Mehdiyev baş məşqçi Güvənç Kurtarın sərəncamında olmayıb. Mehdiyevlə yanaşı, mikrozədələri olan Oke Akpoveta və Tyaqo Mirasemanın “Qarabağ”a qarşı forma geyinib-geyinməyəcəkləri oyun günü bəlli olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Rəvan” görüşü aprelin 12-də keçiriləcək. Matç saat 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43