Ölkə futbolu

“Rəvan”ın xorvatlarla dueli də baş tutmadı – YENİLƏNİB

Digər klublarımız kimi "Rəvan" da Türkiyədə hazırlıqlarını davam etdirir.

Təmsiliçimiz bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq. "Aslanlar"ın rəqibi Xorvatiyanın “Split” komandasıdır.

Qeyd edək ki, əvvəlki oyunlarda “Rəvan”  Braziliyanın "Uniao" (2:1), Rumıniyanın “Universitatya” (1:0) komandaları ilə qarşılaşmışdı.

***
Antalyaya yağan yağış səbəbindən oyun baş tutmayıb.

Yoxlama oyunu

25 yanvar

"Rəvan" – "Split"

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43