Ölkə futbolu

“Rəvan”ın yeni baş məşqçisi kim olacaq? – AÇIQLAMA

Məlum olduğu kimi “Rəvan” komandası baş məşqçi Vladislav Qədirovla yollarını ayırdı. Buna səbəb kimi komandanın uğursuz çıxışları göstərildi.

Boş qalan posta millimizin sabiq baş məşqçisi Şahin Diniyevin gətiriləcəyi xəbərləri dolaşır. Bu xəbəri aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunları dedi:

“Yeni baş məşqçinin kimliyinə hələ aydınlıq gəlməyib. Danışıqlar gedir. Hər halda, yaxın 2-3 gün ərzində bu məsələ tam həllini tapacaq. Məsələ tam həllini tapandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Azər Axundlu



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43