Ölkə futbolu

“Rəvan”la oyun öncəsi “İnter”də iki itki

Premyer Liqanın 19-cu turunda AZAL üzərində 2:1 hesablı qələbədən sonra istirahətə buraxılan "İnter" bu gün məşqlərə başlayacaq.

İdmanxeber.com-un məlumatına görə, çempionatın 20-ci turunda səfərdə "Rəvan"la qarşılaşacaq olan "bankirlər" iki futbolçusundan məhrum olacaq. Belə ki, Samir Zərgərov zədə, Baçana Sxadadze isə sarı kart limitini doldurduğu üçün bu matçda iştirak etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43